...Bu arada Rusiya Ədliyyə Nazirliyi Yaponiyada qeydiyyatdan keçmiş “Şimal Ərazilərinin Qaytarılması İttifaqı”nı arzuolunmaz təşkilatlar reyestrinə daxil edib.
Bundan əlavə, siyahıya Ukraynada qeydiyyatdan keçmiş “Krım Tatar Resurs Mərkəzi” və İsveçrədə qeydiyyata alınmış “IndustriALL Qlobal Birliyi” də daxil edilib.
Qeyd edək ki, Yaponiyanın şimal əraziləri İkinci Dünya Müharibəsinin sonunda SSRİ tərəfindən işğal edilmiş Kuril silsiləsinin cənub hissəsinin - İturup, Şikotan, Kunaşir və Habomai adalarıdır.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya Rusiya prezidenti Vladimir Putinə, ölkənin yüksək səviyyəli rəsmilərinə və s. qarşı sanksiyalar tətbiq edib.
Rusiyanın ən əlverişli ticarət statusunu ləğv edən Tokio, Ukraynaya hərbi və humanitar yardım göstərəcəyini açıqlayıb.
Təbii ki, buna cavab olaraq, Rusiya Yaponiyanı “dost olmayan ölkələr” siyahısına daxil edib.
…Və Yaponiya ilə Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin qurulması ilə bağlı dialoqdan çəkildiyini, bu ölkənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tərəfdaşı statusunun davam etdirilməsinə mane olduğunu bildirib. SİA-nın əldə etdiyi məlumata görə, Yaponiyanın baş naziri Fumio Kaşida daha sonra Rusiyanın bu hərəkətlərini “ağılsız və tamamilə qəbuledilməz” adlandırıb.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra Yaponiya 2003-cü ildən bəri ilk dəfə Kuril adalarını qanunsuz işğal edilmiş ərazilər adlandırıb.
Bundan sonra, belə ki, ötən ilin sentyabrda Rusiya, əvvəllər adalarda yaşayan Yaponiya vətəndaşlarının Kuril adalarına səfərlərini asanlaşdırmaq üçün Yaponiya ilə müqaviləni ləğv edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB