Rusiya ilə NATO arasında müharibənin ssenarisi dərc edilib…

Rusiya Federasiyasının Qərb ölkələri üçün təhlükə yaratmaq üçün kifayət qədər resursları yoxdu..?
Rusiya ilə NATO arasında müharibənin ssenarisi dərc edilib…

....“The Telegraph” Rusiyanın NATO ölkələrinə hücumunun necə görünə biləcəyinə dair yeni ssenari dərc edib.

SİA nəşrə istinadən münaqişənin bundan əvvəl bir neçə mərhələdə cərəyan edəcəyini yazır.

Beləliklə nəşrin jurnalistləri hesab edirlər ki, NATO ilə qarşıdurmaya hazırlıq 2024-cü ilin yazında başlaya bilər. Rusiyanın 200 min əsgəri səfərbər edəcəyi və Ukraynaya yeni hücuma keçəcəyi proqnozlaşdırılır.

…İkinci mərhələnin 2024-cü ilin yayında baş tutacağı gözlənilir. Rusiyanın Baltikyanı ölkələri kiberhücumlarla hədəfə alacağı və etnik ruslar arasında iğtişaşları artıracağı proqnozlaşdırılır.

…Artıq 2024-cü ilin payızında Rusiya Federasiyası Belarusda hərbi təlimlərə başlamaq və Kalininqradı gücləndirmək üçün iğtişaşlardan bəhanə kimi istifadə edə bilər.

…2024-cü ilin qışında Rusiya Polşa ilə Baltikyanı ölkələr arasında Suvalki dəhlizində sərhəd münaqişəsinə səbəb ola bilər.

...Qeyd olunur ki, Rusiya iqtisadiyyatı Qərb sanksiyalarına məruz qalmaqda davam edir. Hərbi xərclərin yenidən iki və ya üç dəfə artırılması ölkəni bir neçə il ərzində iflas edəcək.

Material müəlliflərinin fikrincə, Rusiya Federasiyasının Qərb ölkələri üçün təhlükə yaratmaq üçün kifayət qədər resursları yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə