Hindistan Rusiya Federasiyasına banan tədarük etməyə başlayıb, ilk partiya bu ilin yanvarında göndərilib.
Rosselxoznadzor Hindistan Kənd Təsərrüfatı və Fermerlərin Rifahı Nazirliyinin bitki mühafizəsi, karantin və saxlama departamentinin nümayəndələri ilə aparılan danışıqların nəticələrinə əsasən bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, tərəflər Hindistandan Rusiyaya meyvə tədarükü ilə bağlı məsələləri müzakirə ediblər.
Hindistan meyvələrinə, xüsusən bananlara çıxış məsələsi bir neçə ildir ki, tərəflər arasında müzakirə olunur. Hindistanlı həmkarları qeyd ediblər ki, birgə işin nəticəsi 2024-cü ilin yanvarında Hindistandan Rusiyaya bananların ilk partiyasının göndərilməsi olub.
Növbəti çatdırılma fevralın sonuna kimi planlaşdırılır.
Rosselxoznadzorun mətbuat xidmətindən "İnterfaks"a verilən məlumata görə, Hindistandan göndərilən bananların həcmi təxminən 3 min ton təşkil edir. O, hələ də yoldadır. "Hindistan tərəfi banan tədarükünü artırmağa hazır olduğunu bildirdi, çünki onların istehsal həcmi buna imkan verir", - mətbuat xidməti bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB