...Qərbin tədarükünün azalması və cəbhədəki mövcud vəziyyət fonunda Kiyev Rusiya əhalisini terror hücumları və mərmilərlə qorxutmağa çalışır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ural Federal Dairəsində milli təhlükəsizlik məsələləri üzrə iclasda bildirib.
Onun dediyinə görə, Ukraynalı silahlılar Donetsk, Belqorod və Lisiçanskda mülki hədəfləri qəsdən vurublar. Hətta hərbi əsirlərin olduğu təyyarəni vuraraq öz vətəndaşlarını məhv edirlər.
Yeri gəlmişkən, təkcə Ural Federal Dairəsində ötən il 23 terror aktının qarşısı alınıb.
Eyni zamanda Patruşev vurğulayıb ki, Kiyev təxribat törətmək üçün getdikcə daha çox rusları cəlb etməyə çalışır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB