Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin səudiyyəli həmkarı Xalid bin Salmanla telefon əlaqəsi saxlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
Məlumata görə, tərəflər ABŞ-ın İordaniya-Suriya sərhəddindəki bazasına edilən hücumla bağlı görülən cavab tədbirləri, həmçinin husilərə qarşı hücumları müzakirə ediblər.
Lloyd Ostin rəsmi internet səhifəsində məsələ ilə bağlı etdiyi paylaşımda deyib: “Amerika Birləşmiş Ştatları İraq və Suriyadakı ABŞ qüvvələrinə, eləcə də husilərin Qırmızı dənizdəki təhdidlərinə cavab vermək üçün regional tərəfdaşları ilə işləməyə davam edəcək”.
Yanvarın 29-da ABŞ-ın Suriya-İordaniya sərhədindəki ''Qüllə 22'' bazasına edilən hücum nəticəsində 3 ABŞ əsgəri həlak olub, 40-dan çox əsgər yaralanıb.
ABŞ administrasiyası hücuma lazımi cavabın veriləcəyini və İran tərəfindən dəstəklənən qrupların hədəf alınacağını açıqlamışdı.
Cümə günü ABŞ prezidenti Cozef Bayden Suriya və İraqda İran İnqilab Keşikçiləri Korpusunu və ona tabe olan milis qruplarını hədəf alaraq baza hücumuna cavab verməyə başladıqlarını və bu cavabın "özlərinin seçdikləri vaxt və yerlərdə'' davam edəcəyini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB