Hakan Fidan Maltada bir sıra görüşlər keçirib

Hakan Fidan Maltada bir sıra görüşlər keçirib

Xarici işlər naziri Hakan Fidan Türkiyənin Liviyanın Benqazi şəhərindəki Baş Konsulluğunun yaxın zamanda açılacağını bildirib.

H.Fidan Maltanın xarici İşlər, Avropa işləri və ticarət naziri İan Borqla Vallettadakı Auberge de Kastille Baş Nazirlik Sarayında təkbətək və heyətlərarası görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bir sıra açıqlamalar verib.

Fidan Maltada keçirəcəyi görüşlərdən sonra Liviyaya gedəcəyini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, nazir Fidan Tripolidə Milli Birlik Hökumətinin Baş naziri, Ali Dövlət Şurasının nümayəndə heyəti və sədrliyi ilə görüşlərimiz olacaq” deyib.

H.Fidan Türkiyənin Liviya ilə bağlı konstruktiv siyasətini də bir daha təkrarlayacağını bildirib.

Türkiyenin Liviyada hər hansı münaqişənin bir daha şərqlə qərb arasında və ya cənubun da daxil olduğu bir şəkildə başlamasını istəmədiyini vurğulayan Fidan Liviyanın problemlərini dialoq yolu ilə həll etməsini istədiklərini bildirib.

Fidan Liviyanın şərqi ilə qərbi arasındakı bölünmənin qalıcı olmasını istəmədiklərini qeyd edib:

“Biz hesab edirik ki, bu parçalanma bütün tərəflərin razılığı əsasında sülh yolu ilə, müəyyən proses çərçivəsində və dialoq yolu ilə həll edilməlidir və bu yolda fəaliyyətimiz davam edir”.

Xarici işlər naziri Türkiyənin Liviyanın şərq tərəfi ilə əlaqələrinin tədricən inkişaf etdiyini bildirib.

“Oradakı aktyorlarla da işimizi davam etdiririk. Benqazidəki Baş Konsulluğumuzu yenidən açmaq qərarına gəldik, yaxın açacağıq. Şirkətlərimiz yenidən işə başlayıb, digər tərəfdən Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər regional dostlarımızla Liviya məsələsində konstruktiv rol oynamaq üçün səylərimizi davam etdiririk”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə