Moskvanın Tbilisiyə qarşı "hibrid müharibəsi"..?

Moskvanın Tbilisiyə qarşı "hibrid müharibəsi"..?

Gürcüstan prezidenti rusiyalı miqrantları “hibrid müharibənin” bir hissəsi adlandırıb. Bu, Moskva tərəfindən Tbilisiyə qarşı aparılır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

Parlamentdə çıxış edərkən o, bu cür təsirin digər nümunələrini də göstərib - birbaşa uçuşların bərpası, yüksək rütbəli Federal təhlükəsizlik xidməti zabitlərinin Gürcüstana maneəsiz gəlməsi, Batumiyə Rusiya kruiz gəmisinin yan alması və Stalinin təsviri olan ikonanın gürcü kilsəsinə ötürülməsi…

Yeri gəlmişkən, 2022-ci ilin fevralından sonra təxminən 60-100 min arası insan daimi yaşamaq üçün Rusiyadan Gürcüstana köçüblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə