Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, prezident Vladimir Putinin Türkiyəyə səfəri zamanı iqtisadi və ticari əlaqələr müzakirə olunacaq.
“Türkiyə bizim mühüm ticari və iqtisadi tərəfdaşımızdır”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dmitri Peskov vurğulayıb.
Kreml sözçüsü Vladimir Putinin bu ay Türkiyəyə gözlənilən səfəri ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.
Səfər zamanı Türkiyədə qaz mərkəzinin yaradılması üçün yol xəritəsi, Türkiyə ilə Rusiya arasında ortaq bankın yaradılması kimi məsələlərin müzakirə olunub-olunmayacağı sualını cavablandıran Dmitri Peskov deyib: “Bütün bu məsələlər gündəmdə olacaq”.
Türkiyə ilə Rusiya arasındakı ticari və iqtisadi əlaqələrin bütün aspektlərinin müzakirə ediləcəyini açıqlayan Dmitri Peskov deyib::
"Türkiyə bizim mühüm ticari və iqtisadi tərəfdaşımızdır. Bu əlaqələrin bütün detalları gündəmdə olacaq".
Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov yanvarın 29-da verdiyi açıqlamada Vladimir Putinin fevralda Türkiyeyə səfəri üçün hazırlıqların aparıldığını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB