11 mülki şəxs həlak olub

Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətində üsyançıların hücumu nəticəsində 11 mülki vətəndaş həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Demokratik Alyans Qüvvələri adlı üsyançı qruplaşma üzvləri mülki şəxslərə hücum edib. Hücum nəticəsində ən azı 11 mülki şəxs həyatını itirib.

Hücumdan sonra təhlükəsizlik qüvvələri bölgədə əməliyyata başlayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə