Hərbçilərə vətəndaşlara qarşı silahdan istifadəyə icazə verildi...
Belarus lideri Aleksandr Lukaşenko ölkənin silahlı qüvvələrinin nizamnaməsinə dəyişikliklər edib, buna əsasən, hərbçilərə təyin edilmiş tapşırıqları yerinə yetirərkən vətəndaşlara qarşı odlu silah, xüsusi texnika,..ümumiyyətlə hərbi və xüsusi texnikadan istifadə etməyə icazə verilir.
Sənədə əsasən, vətəndaşlara qarşı silahdan istifadəyə hətta onlar inzibati xəta törətsələr də icazə verilir.
Lukaşenkonun təqdim etdiyi dəyişikliklərdə həmçinin deyilir ki, hərbçi birləşmiş silahlanma qaydalarının tələblərinə uyğun olaraq atışma zamanı vurduğu ziyana görə məsuliyyət daşımır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lukaşenko bir müddət əvvəl “Dövlət təhlükəsizlik orqanları haqqında” qanuna dəyişiklikləri imzalayıb.
Beləliklə, bu dəyişikliyə görə, təhlükəsizlik xidmətinin əməkdaşlarına silahlı müqavimət, silahlı və ya qrup şəklində hücum ya digər hərəkətlər zamanı qadınlara, uşaqlara hətta əlillərə qarşı silahdan istifadə etməyə icazə verilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB