Meksikanın Qerrero və Sonora ştatlarında baş verən silahlı hücumlarda 9 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çilpansinqo şəhərində şosedə mikroavtobusa edilən hücumda 5 nəfər, Sonora əyalətinin Kaborka qəsəbəsində isə 4 kənd təsərrüfatı işçisi həlak olub. Hər iki hücumun çarpaz atəş formasında baş verdiyi bildirilib. Hücumlarda 7 nəfər yaralanıb, təhlükəsizlik qüvvələri məsul şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyat başladıb.
Hadisə yerinə çoxlu polis əməkdaşları göndərilib, hücumlarla bağlı dövlət prokurorluqları istintaqa başlayıb.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB