Meşə yanğınları nəticəsində ölənlərin sayı 122-yə çatıb

Meşə yanğınları nəticəsində ölənlərin sayı 122-yə çatıb

Çilinin Valparaisoda meşə yanğınlarında ən azı 122 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə məhkəmə-tibbi xidmət ekspertlərinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, "fevralın 5-də saat 12:00-a 122 cəsədin cəsədi aşkar edilib".

Ekspertlərin sözlərinə görə, 32 cəsədin şəxsiyyəti müəyyən edilib. Bundan əvvəl 112 nəfərin öldüyü bildirilirib.

Fevralın 2-də Çili prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə