Şoyqunun davranışı Çini təəccübləndirib..?

Necə deyərlər,“...dayı” de, işin düzələnədək...

...Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin müdafiə departamentinin yeni təyin olunmuş rəhbəri admiral Donq Jun ilə telefon danışıqları aparıb.

SİA-nın əldə etdiyi məlumata görə, Şoyqunun davranışı Pekin üçün sürpriz olub.

Deyim ki, bu barədə Çinin “NetEase” portalı məlumat yayıb, Verilən xəbərlərə görə, danışıqlar zamanı Şoyqunun davranışı Çini təəccübləndirib

Belə ki, söhbətin əvvəlində Şoyqu admiral Donqa “əziz yoldaş” ifadəsi ilə müraciət edib, sonra onu Çin dilində salamlayıb.

Çin tərəfi Rusiya Federasiyasının müdafiə nazirinin salamından çox təəccüblənib, çünki onlar bilirlər ki, Rusiyada bu sözün Sovet dövründə olduğu kimi geniş istifadə olunmur. Lakin Sergey Şoyqunun bu hərəkəti və çinli həmkarını ana dilində salamlamaq istəyi “yoldaş” sözünə böyük önəm verildiyi Çinə güclü təsir bağışlayıb.

Maraqlıdır ki, Çin Xalq Respublikasından olan jurnalistlər daha bir qeyri-adi məqamı qeyd ediblər. Belə ki, sərt və susqun hərbi lider təsiri bağışlayan Şoyqu söhbət zamanı özünü bacarıqlı diplomat kimi göstərib.

Belə ki, o, admiral Donqun əvvəllər Moskvada Baş Qərargahın Hərbi Akademiyasında təlim keçməsinə diqqət çəkib və bu təcrübənin gələcəkdə dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

Yeri gəlmişkən, Rusiya Federasiyasından fərqli olaraq, ABŞ müdafiə nazirliyinin nümayəndələri Çinin yeni naziri təyin olunduqdan bir ay sonra onunla əlaqə yaratmağa belə cəhd etməyiblər, buna görə də ölkələr arasında bu cür əməkdaşlığın perspektivləri sual altındadır.

Deyim ki, bunu da çinli yurnalistlər bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə