Azərbaycan XİN Çiliyə başsağlığı verib

....meşə yanğınlarında həlak olanlarla bağlı
Azərbaycan XİN Çiliyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib.

SİA xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib.

“Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu böyük miqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, - paylaşımda qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə