Misir tezliklə Türkiyədən pilotsuz təyyarələr və bir sıra digər texnologiyalar alacaq. Artıq bununla bağlı tərəflər razılığa gəliblər.
Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə pilotsuz uçuş aparatlarını Misirə təhvil verəcək.
Bu barədə yerli media Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatına istinadən yazır.
…Münasibətlərimizin normallaşdırılması Misirin müəyyən texnologiyalara sahib olması üçün vacibdir. Bizim Misirə pilotsuz təyyarələr və digər texnologiyaların verilməsi ilə bağlı razılaşmamız var.
Qeyd edək ki, bunu deyən türkiyəli nazir Hakan Fidan, əməliyyatın təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, gələn həftə Türkiyə prezidenti Misirə səfər edəcək. Səfər zamanı Rəcəb Tayyib Ərdoğan bu ölkənin lideri Əbdülfəttah əs-Sisi ilə görüşəcək, onunla ikitərəfli əməkdaşlıq məsələləri və regiondakı vəziyyət barədə danışacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB