Bolqarıstanda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, departamentin binasında axtarış aparılıb.
Bolqarıstan Milli Televiziyasının məlumatına görə, müstəntiqlər polisin məxfi məlumatları Rusiya səfirliyindəki keçmiş diplomata ötürdüyünü güman edirlər.
O, artıq persona non-qrata elan edilib.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra Bolqarıstan 70 rus diplomatı və Sofiyadakı səfirlik əməkdaşlarını eləcə də onların ailə üzvlərini ölkədən çıxarıb.
Baş nazir Kirill Petkov daha sonra deyib ki, qovulmuş diplomatların əksəriyyəti diplomatik pərdə altında kəşfiyyat xidmətlərində çalışıblar. Amma, təbii ki, Moskva bunu inkar edir. Hazırda Bolqarıstan nazirliyinin əməkdaşına qarşı açılan işin təfərrüatları məlum deyil.
Prokurorluq çərşənbə axşamı, fevralın 6-da xüsusi mətbuat konfransı keçirəcəyini vəd edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB