Çin məhkəməsi avstraliyalı yazıçı Yang Hengjun-u iki illik möhlətlə ölüm cəzasına məhkum edib. O, 2019-cu ildə Quançjou hava limanında casusluqda şübhəli bilinərək saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, Avstraliyanın xarici işlər naziri Penni Vonq Avstraliya hökumətinin bu qərardan …Bizim anlayışımıza görə, əgər şəxs iki il ərzində heç bir ağır cinayət törətməzsə, cəza iki ildən sonra ömürlük həbslə əvəz edilə bilər.
Qeyd edək ki, Vonq bunu sosial mediada X-də yazıb
Xatırladaq ki, yazıçının məhkəməsi 2021-ci il mayın 27-də bağlı qapılar arxasında keçirilib. Çin rəsmiləri işin təfərrüatlarını açıqlamayıb, ittihamın təfərrüatları isə məlum deyil. Yazıçı isə bütün ittihamları rədd edib.
Yeri gəlmişkən, Yang Hengjun Çində anadan olub və Avstraliya vətəndaşlığına malikdir. O, 2019-cu ilə qədər Nyu Yorkda işləyib.
Onu da bildirək ki, Hengjun Çin hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB