Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının vəzifəsindən azad edilməsi Ukrayna cəmiyyətində parçalanmaya səbəb olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi, polkovnik Roman Kostenko bildirib.
…Siz başa düşməlisiniz ki, Zalujninin işdən çıxarılması cəmiyyətdə parçalanmaya səbəb olacaq.
Kostenko deyib bunu.
Ali Radanın deputatı xatırladıb ki, Vladimir Zelenski və komandası Ukrayna Silahlı Qüvvələrinin baş komandanını cəbhədə vəziyyətin dalana dirənməsi ilə bağlı sözlərinə görə tənqid ediblər.
Lakin bir müddət sonra Kiyev rejiminin liderinin komandası vəziyyətin mürəkkəbliyini dərk etdi. Fevralın 5-də Vladimir Zelenski İtaliyanın “Rai1” telekanalında deyib ki, həqiqətən də Valeri Zalujnı işdən çıxarmaq barədə düşünür.
Bu arada “Ukrainskaya pravda” yazır ki, Zelenski komandirlə birlikdə qərargah rəhbəri Sergey Şaptalanı vəzifəsindən azad etməyi planlaşdırır.
Ehtimallara görə, Ukrayna Silahlı Qüvvələrinin ali komanda heyətinin dəyişdirilməsi bu həftə baş verə bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB