Hollandiya artıq vəd etdiyi 24 təyyarədən əlavə Kiyevə daha altı “F-16” qırıcısı verəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren özünün X sosial şəbəkə hesabında yazıb.
Qeyd olunur ki, Hollandiya onları Ukraynaya tədarük etmək üçün altı “F-16” təyyarəsi hazırlayır.
Onu da qüyd edək ki, bir müddət bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi, Hollandiyanın Ukraynaya “F-16” qırıcıları tədarük etməsinin xüsusi hərbi əməliyyatın gedişinə heç bir təsir göstərməyəcəyini bildirmişdi.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri bəyan etmişdi ki, pilotlar, infrastruktur və mühəndislər “F-16” qırıcılarını Kiyevə təhvil verməyə hazır olmalıdırlar.
Bu arada rus telekanallarına müsahibə verən analitiklər Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı Sergey Nayevin Ukraynanın 500 km-ə qədər uçuş məsafəsi olan raketlərlə birlikdə Amerika istehsalı olan “F-16” qırıcılarını alacağı ilə bağlı bəyanatını şərh ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB