Gürcüstan sərhədində partlayıcı yük saxlanılıb…

Gürcülər sərhəd nəzarətini gücləndirmək qərarına gəliblər
Gürcüstan sərhədində partlayıcı yük saxlanılıb…

Gürcüstan sərhəd nəzarətini, yük və sərnişinlərin yoxlanılmasını xeyli gücləndirib.

SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə hakimiyyətinin müvafiq qərarını respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Vaxtanq Qomeluari bildirib.

Onun sözlərinə görə, hazırda sərhədçilər Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə kordonda maksimum nəzarəti təmin edirlər.

…Hər kəs sınaqdan keçirilir. Sərhəd nəzarəti iki və üç il əvvəlkindən qat-qat sərt tərzdə işləyir.

Vaxtanq Qomeluari bildirib bunu.

Yeri gəlmişkən fevralın 5-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror aktları törətmək üçün Odessadan Voronejə göndərilmiş partlayıcı yükün saxlanılması barədə məlumat yayıb.

Araşdırma zamanı təhlükəsizlik qüvvələri C4 partlayıcısı ilə doldurulmuş və elektromobil üçün akkumulyator kimi maskalanmış 12 ədəd partlayıcı qurğu tapıblar.

Dövlət Təhlükəsizliyi Xidməti yüklərin daşınmasında Gürcüstandan 7, Ukraynadan 3, Ermənistandan isə 2 nəfərin iştirak etdiyinə də aydınlıq gətirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə