Türkiyə Silahlı Qüvvələri daha 11 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri daha 11 terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyatı bölgələrində hücuma hazırlaşan separatçı terror təşkilatı PKK/YPG-nin 11 üzvü zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Terrorçuların hücum cəhdlərinə eyni şəkildə cavab verməyə davam edirik. Qəhrəman Türkiye Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyatı bölgələrində hücuma hazırlaşan 11 PKK/YPG terrorçusunu müvəffəqiyyətlə zərərsizləşdirib" deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə