“LPR” Fövqəladə Hallar Nazirliyinin “rəhbəri” Aleksey Poteleşenko Ukrayna Silahlı Qüvvələri tərəfindən fevralın 3-də Donetskin Lisiçansk şəhərindəki restorana endirilən zərbələr zamanı məhv edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RosSMI-nin departamentinin nümayəndəsi bildirib.
Ukrayna saytlarının yazdığna görə, işğal olunmuş Lisiçanska HIMARS zərbəsi nəticəsində 28 Ukrayna xaini öldürülüb.
Yerli sakinlər bildirirlər ki, rus hərbçilərinin yemək yediyi restoranın binası da hücuma məruz qalıb.
Z-təbliğatçıları etiraf edirlər ki, restoranda yuxarı “Fövqəladə Hallar Nazirliyi”, “prokurorlar” və “deputatlar” da olub.
Qeyd edək ki, rusiyalı təbliğatçı Dmitri Zimenkin zərbənin təsadüfi olmadığını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB