Rusiya Xersonu vurdu - 4 nəfər öldü, 1-i yaralandı

Rusiya Xersonu vurdu - 4 nəfər öldü, 1-i yaralandı

Ukraynanın Xerson şəhərinin Rusiya qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 4 nəfər həlak olub. SİA BBC-yə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Roman Mroçko bildirib.

"Bu gün saat 12:00 radələrində Rusiya hərbçiləri Xersonu atəşə tutublar", - deyə Mroçko qeyd edib.

Onun sözlərinə görə, atəş nəticəsində şəhərin mərkəzində yanğın başlayıb və hadisə yerinə gələn xilasedicilər iki nəfərin cəsədini aşkar ediblər. Bir qədər sonra o dəqiqləşdirib ki, hücum daha iki nəfərin ölümünə səbəb olub.

Şəhər administrasiyasının rəhbəri əlavə edib ki, daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə