Türkiyənin “Sabah” qəzetində Azərbaycandakı SEÇKİLƏR

Türkiyənin “Sabah” qəzetində Azərbaycandakı SEÇKİLƏR

Türkiyənin nüfuzlu “Sabah” nəşrində Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin əhəmiyyətindən bəhs edən məqalə dərc edilib. SİA Secki-2024.az saytına istinadən xəbər verir ki, məqalənin müəllifi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin (TÜDİFAK) dekanı professor Mehmet Yücedir.

Məqalədə bildirilib ki, bu prezident seçkiləri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Buna səbəb isə Vətən müharibəsindəki böyük zəfər fonunda seçkilərin ölkənin tam suveren ərazisində baş tutmasıdır.

“Azərbaycanda Qarabağ uğrunda mübarizə sosial və siyasət sferalarında iki dövrü ortaya çıxarır: Qarabağ Zəfəri öncəsi Azərbaycan və Qarabağ Zəfərindən sonrakı Azərbaycan”, - deyə məqalədə professor Mehmet Yücenin sözlərinə istinad olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə