ABŞ-ın Kaliforniya ştatına təsir edən tufan səbəbindən ştatın 8 şəhərində fövqəladə vəziyyət elan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, güclü qar, yağış və sahil daşqınları əyalətə təsir etməkdə davam edəcək. Yağışların özü ilə birlikdə dağıntı axınları və sürüşmə, həmçinin çay daşqınları gətirəcəyi bildirilib.
Səlahiyyətlilər xəbərdarlıq edib ki, Kaliforniya ştatında iki gün ərzində daşqınlar baş verə bilər. Kaliforniya qubernatoru Gavin Newsom əlverişsiz hava şəraiti ilə əlaqədar Los-Anceles, Orange, Riverside, San Bernardino, San Dieqo, San Luis Obispo, Santa Barbara və Ventura əyalətlərində fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB