"Avropa İttifaqı Türkiyəni üzv kimi qəbul etmək istəyir, ya yox?"

Hakan Fidan Türkiyenin Avropa İttifaqına üzvlük prosesinə toxunub
"Avropa İttifaqı Türkiyəni üzv kimi qəbul etmək istəyir, ya yox?"

"Avropa İttifaqı Türkiyəni üzv kimi qəbul etmək istəyir, ya yox?"

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu xarici işlər naziri Hakan Fidan qatıldığı televiziya proqramında gündəmi dəyərləndirərkən deyib.

Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin uzun müddətdir davam edən bir məsələ olduğunu, lakin bu məsələnin həm keçmişinə, həm də bu gününə nəzər salaraq dərslər alındığını ifadə edən Hakan Fidan “Yeni yanaşma nələr gətirə bilər, yeni parametrlərimiz, müzakirələrimiz, siyasətlərimiz nələrdir, bu mövzuda işləyirik"-deyib.

Hakan Fidan Avropa İttifaqının ilk olaraq qərar verməli olduğu məsələyə diqqət çəkərək deyib:

"Avropa İttifaqı Türkiyeni üzv etmək istəyir, yoxsa yox?".

Bütün xəbərlər Facebook səhifəmizdə