İndoneziyada 5,3 bal maqnitudada zəlzələ qeydə alınıb. SİA-nın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 133 km cənub-şərqdə, zəlzələ ocağı 53 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB