361-dən artıq ukraynalı idmançı və məşqçi döyüşlərdə həlak olub

Pauerliftinq üzrə dünya çempionu müharibədə dünyasını dəyişib
361-dən artıq ukraynalı idmançı və məşqçi döyüşlərdə həlak olub

...Pauerliftinq üzrə dünya və Avropa çempionu Aleksandr Belokon ruslarla müharibədə həlak olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Yunan-Roma Güləş Federasiyasının fəxri prezidenti Vadim Kisil Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, Belokonun Ukrayna rekordlar kitabının rekordçusu olduğunu da qeyd edib.

Onun yazdığına görə, Aleksandr Ukraynanın ən güclü adamlarından biri olub. O, hələ 2017-ci ildə Odessanın mərkəzində adamla dolu traktor qoşqusunu hərəkət etdirməklə Ukrayna rekordu qoydu. 2020-ci ildə Aleksandr Belokon idman ustası adını almışdı.

Qəhrəmana əbədi şöhrət!

Federasiyasının fəxri prezidenti yazıb bunu.

Qeyd edək ki, gənclər və idman naziri Vadim Qutzeyt hələ ötən ilin oktyabrında rus işğalçıları ilə müharibədə artıq 361 ukraynalı idmançı və məşqçinin həlak olduğunu yazmışdı.

Dekabrın sonunda məlum olub ki, Rusiyanın Lvova endirdiyi zərbə nəticəsində ukraynalı basketbolçu, məşqçi, Ukraynanın beynəlxalq idman ustası Viktor Kobzisti də həlak olub. Yanvarda Xarkova növbəti raket hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edən ukraynalı reqbiçi Vladimir Maşkinin həyat yoldaşı və kiçik qızı həlak olublar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə