…Ruslar işğalçılıq müharibəsini davam etdirir. Belə ki, gün ərzində 59 hərbi toqquşma baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da yayıb.
Beləliklə, Ukrayna tərəfinin yazdığına görə, işğalçılıq müharibəsini davam etdirən ruslar çoxsaylı itkilərinə baxmayaraq, Ukraynanın tam işğalı planlarından əl çəkmir, müharibə qanunlarına, eləcə də adətlərinə məhəl qoymur, terrordan belə istifadə edir.
Onlar həm hərbi, həm də mülki hədəflərə zərbələr endirirlər. Hazırda ruslar aviasiya və FPV tipli kvadrokopterlərdən fəal istifadə edir, zirehli texnikanın dəstəyi ilə hücum əməliyyatları həyata keçirirlər
Qeyd edilir ki, Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır.
…Gün ərzində 59 hərbi toqquşma baş verib.
Düşmən həmçinin Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 32 hava zərbəsi endirib və 37 hücum həyata keçirib.
Rusiya terror hücumları təəssüf ki, mülki əhalinin itkisi ilə nəticələnib. Yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb və zədələnib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB