...İddialara görə, səfərbərlik mövcud Rusiyanın ən böyük daxili uğursuzluğudur. Təbii ki, hakimiyyət bunu heç vaxt etiraf etməyəcək, amma fakt faktlığında qalır.
Etiraf edək ki, əgər Putin müharibədə qalib gəlsəydi,.. səfərbərlik baş verməyəcəkdi.
Məsələ bundadır ki, 2022-ci ildə baş verən hadisələrin xronologiyası indi artıq qəti şəkildə ittiham olunur. Rusiya hakimiyyətinin tələsik hərəkətləri o qədər asan oxunur ki, motivlər hər kəsə aydındır.
SİA xatırladır, o vaxt, sentyabrın 10-da Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində mövqelərdən xaotik uçuş adlandırdıqları üçün “çökmə əməliyyatı”nın keçirilməsi barədə məlumat yaymışdı. Tezliklə Ukrayna qoşunları Xarkov vilayətini tamamilə azad etdi və sentyabrın 21-də Putin “qismən” səfərbərlik barədə elan verdi.
Bəzi rus saytlarının yazdığına görə, Rusiya rəhbərliyi elə o vaxt mənasız müharibəni uduzdu və bunun günahınımı deyim, nəticəsinimi deyim,..rusların üzərinə atmağa çalışdı.
Gərək ki, yadınızda olar, bundan bir müddət sonra Rusiya lideri cəmi 300 min nəfərin səfərbərliyə alınacağını bildirmişdi.
Dediyinə görə, bu səfərbərlər heç döyüşməyəcəklər də, sadəcə arxada oturub özlərini günə verəcəklər və arada bir rutin işlər də görəcəklər.
Yenə də bəzi rus saytlarının yazdığına görə, “…görün 500 gündən sonra haradayıq. Hakimiyyət artıq arxa cəbhə üçün səfərbər olunanların hazırda cəbhədə vuruşduqlarını da gizlətmir”.
…“Qismən” səfərbərlik tamamilə açıq müharibəyə çevrildi və bu müharibədən son vaxtlar mülki şəxslərin evlərinə getməsinə belə icazə verilmir.
…Yeri gəlmişkən, eşitmiş olarsınız, Rusiya Kupyansk istiqamətində 500-ə yaxın tank, 600-dən çox döyüş maşını və 40 minə yaxın hərbçi yığıb. Məqsəd 2022-ci ilin payızında qovulduqları Xarkov vilayətinin ərazisini geri almaqdır.
…O vaxt, almanlarla döyüşdə rus zabiti necə demişdi… “Rusiya böyükdür, amma geriyə yol yoxdur, arxada Moskvadır”.
Hə, indi də arxada seçki var axı…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB