Bu arada Britaniya kəşfiyyatı hazırda Belarusda “Vaqner” PMC-nin minə qədər silahlısının qaldığını bildirib.
…Rusiya bundan istifadə edərək Ukraynanı Belarusla sərhədinə nəzarəti gücləndirməyə məcbur edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatının bazar günü, fevralın 4-də dərc olunmuş hesabatında deyilir.
Kəşfiyyatçılar qeyd ediblər ki, “Vaqneritlər” Belarusda 2023-cü ilin iyun ayından, o zaman onların sayı 8 min nəfər olub. Britaniya kəşfiyyatı hesab edir ki, onlar Belarus ordusuna təlim keçməyə davam edirlər.
Qeyd olunur ki, yaraqlılar hazırda Belarus Daxili İşlər Nazirliyinin qoşunlarının təlimlərində iştirak edirlər, lakin onların ölkədə daxili və ya sərhəd təhlükəsizliyinin qorunmasında birbaşa iştirak etmələri ehtimalı azdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB