Bu arada Rusiya Silahlı Qüvvələri Xerson vilayətindəki hədəfdə ən son yüksək dəqiqlikli “Qrom-1” aviasiya raketindən istifadə edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xüsusi hərbi əməliyyat zamanı belə mərmi ilk dəfədir istifadə olunur.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib. Verilən məlumatlara görə, “Qrom-1” təyyarə raketi ən son Su-57 qırıcıları üçün hazırlanıb, buna baxmayaraq, ondan Su-34, Su-35 və Su-30 tərəfindən də istifadə oluna bilər.
Yeri gəlmişkən, xüsusi əməliyyat zonasında Rusiyaya məxsus “İzdeliye 305” raketlərinin istifadəsi də məlum olub.
İnkişaf şirkətinin məlumatına görə, sifarişçilər bu raketin bütün parametrlərdən razıdırlar. Onu da qeyd edək ki, raketin dəqiqliyinin istifadə diapazonundan asılı olmadığını xüsusilə vurğulanır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB