Tətil səbəbindən bəzi reyslər təxirə salınıb

Tətil səbəbindən bəzi reyslər təxirə salınıb

Almaniyanın Frankfurt-Mayn və Münhen şəhərlərinin hava limanlarında Discover Airlines pilotlarının tətili səbəbindən bəzi reyslər təxirə salınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aviaşirkət məlumat yayıb.

Kokpit həmkarlar ittifaqı 4 fevral 00:01- 5 fevral 23:49-a qədər tətilə çağırdı. Frankfurt və Münhendən qısa, orta və uzun marşrutlar üzrə bütün reyslər təsirə məruz qalıb.

Qeyd edək ki, həmkarlar ittifaqı iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edir.

Daha əvvəl xəbər verilmişdi ki, Almaniyada fermerlər Braunşveyq yaxınlığında etiraz aksiyası keçirib, traktorlar və iki metrlik peyin dağı ilə Hannoverə doğru A2 şossesini bağlayıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə