Orban bütün təsirini itirib, o, tamamilə təcrid olunub

Orban bütün təsirini itirib, o, tamamilə təcrid olunub

Avropa İttifaqına üzv ölkələr öz hərbi-sənaye komplekslərinin istehsal gücünü artırıblar və yaxın aylarda Ukraynaya silah tədarükünün artırılması gözlənilir. Çünki Amerika Birləşmiş Ştatlarında Ukraynaya yardımın göstərilməsi ilə bağlı qeyri-müəyyənlik bu gün əsas problemdir. Avropa Parlamenti Ukraynanın təhlükəsizliyi məsələsinin prioritet olaraq qalmasını təmin etməlidir, çünki bu, Avropa İttifaqının təhlükəsizliyinin təminatıdır, Qərb isə İkinci Dünya Müharibəsində nasist Almaniyasını məğlub etdiyi kimi Rusiyanı da məğlub etməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa Parlamentinin Macarıstandan olan üzvü, Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin üzvü Attila Ara-Kovacs Guildhall-a verdiyi şərhdə belə deyib.

...Ukraynadakı bütün demokratik qüvvələr kimi, mən də mövcud vəziyyətdən narahatam. Biz, şübhəsiz ki, İkinci Dünya Müharibəsindən dərs aldıq, o zaman ki, Qərb demokratiyaları Nasist Almaniyasına qarşı çox çətin anlar yaşadılar, lakin nəticədə qalib gəldilər. İndi Rusiya ilə də məhz belə olmalıdır.

Siyasətçi bildirib bunu.

...Bu yaxınlarda iki mühüm hadisə baş verdi: Avropa həm silah istehsalını sürətləndirmək kimi qısamüddətli vəzifələr, həm də Ukraynanın şübhəsiz əsas rol oynayacağı güclü ümumi ordu yaratmaq kimi uzunmüddətli vəzifələr üzrə ciddi həll yolu tapdı. Macarıstan hökuməti artıq bütün bunların qarşısını almağa qadir amil deyil, Orban bütün təsirini itirib, o, tamamilə təcrid olunub.

Bunu da Avropa Parlamentinin deputatı qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə