Rusiyada Ukraynaya qarşı müharibəyə cəlb edilmiş məhbuslardan yeni “elit” xüsusi hücum dəstəsi - “Fırtına qladiatoru” yaradılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Milli Müqavimət Mərkəzi xəbər verir.
Bu arada xarici saytların yazdığına görə, “Fırtına qladiatoru” döyüş təcrübəsi olan bir neçə yüz məhkumdan ibarət imtiyazlı yarı-gizli batalyondur.
O da qeyd edilir ki, xüsusi hücum dəstəsi öz adını vaxtilə Şoyqunu xəyanətdə günahlandıran Rusiya Federasiyasının 58-ci Birləşmiş Silahlı Qüvvələrinin keçmiş generalı İvan Popovun şərəfinə alıb.
Milli Müqavimət Mərkəzinin məlumatına görə, batalyona vaxtilə vəhşicəsinə qətl törətməkdə təqsirli bilinən keçmiş polis komandiri rəhbərlik edir.
Bölməyə yüksək fiziki hazırlıq səviyyəsinə malik, hüquq-mühafizə orqanlarında xidmət təcrübəsi olan şəxslər, eləcə də döyüş veteranları daxil edilir.
Müqavimət əlavə edib ki, dəstənin döyüşçüləri “Vaqner” PMC-nin keçmiş döyüşçüləri və Rusiya Qvardiyasının tərkibində olan “Axmat” xüsusi sürətli cavab bölmələrindən olan kadırovçular tərəfindən hazırlanır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB