Fermerlər Romada etiraz aksiyası keçirib

Fermerlər Romada etiraz aksiyası keçirib

Avropada aqrar sektorun nümayəndələrinin kütləvi etiraz aksiyalarının növbəti ünvanı İtaliyanın paytaxtı Roma olub. SİA xəbər verir ki, fermerlər 20-dək traktoru Roma şəhəri yaxınlığında yol kənarında saxlayıb. Aksiya zamanı müxtəlif şüarlar səsləndirib, plakatlar qaldırılıb.

Fermerlər aqrar sektora tətbiq olunan vergilərə, ümumilikdə isə Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə etirazlarını bildirib.

İtaliyanın Baş naziri Ciorcia Meloni isə hökumətin aqrar sektora ayrılan yardımı 8 milyard avroya çatdıracağını deyib.

Qeyd edək ki, fermerlər həftə ərzində İtaliyanın müxtəlif bölgə və şəhərlərində etiraz aksiyaları keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə