Seneqal Prezidenti Maki Sall fevralın 25-də keçiriləcək prezident seçkilərinin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.
SİA xarici mediaya istinadla xəbər verir ki, o, xalqa müraciətində buna səbəb kimi Milli Assambleya ilə Konstitusiya Şurası arasında fikir ayrılığının olmasını göstərib.
Beləliklə, Seneqal tarixində ilk dəfə olaraq prezident seçkiləri təxirə salınıb. Seçkinin nə qədər müddətə təxirə salındığı açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB