“Avdeevkada vəziyyət kəskin şəkildə dəyişib...”

“Avdeevkada vəziyyət kəskin şəkildə dəyişib...”

Deməli, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski Ali Baş Komandanın Qərargahının iclası zamanı Avdeevka istiqamətində vəziyyətin “xüsusilə çətin” olduğunu bildirmişdi.

Bu arada Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko “NV” radiosuna danışarkən düşmənin çoxsaylı hücum və çətin şəraitə baxmayaraq, Ukrayna qüvvələrinin vəziyyəti sabitləşdirə bildiklərini deyib.

Onun dediyinə görə, ruslar bu həftə irəliləməkdə uğur qazana bilməyiblər.

Baxmayaraq ki, onlar müxtəlif istiqamətlərdən hücuma keçməyə çalışırlar. Onlar Avdeevka koks zavoduna təzyiqləri və aktiv hücumları bərpa etməyə çalışırlar. Buna cəhdlər etdilər, amma sonra itki verərək geri çəkildilər və sonrada yenə də təkrarlayırlar.

Musienko qeyd edir ki, Avdeevka da Kupyanski kimi rus qoşunlarının hücumu üçün əsas istiqamətlərdən biri olaraq qalır.

…Növbəti bir ayda, ən azı bir ay yarım və ya iki ay, bu qış hücum kampaniyasını keçirmək üçün hazırladıqları qüvvələri tükənənə qədər, hücum etməyə çalışacaqlar.

Bunu deyən Musienko, Rusiya hərbi-siyasi rəhbərliyinin əsl məqsədinin Avdeevkanı ələ keçirmək və Rusiya prezidentinə seçkilər keçirmək olduğunu deyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə