Tramp həm Heyli, həm də Baydeni geridə qoyub…

Tramp həm Heyli, həm də Baydeni geridə qoyub…

...Son sorğular Donald Trampın hətta Cənubi Karolina ştatında belə rəqibi Nikki Heylini qabaqladığını göstərib.

Qeyd edək ki, bu ştatda doğulan Nikki Heylin, gərək ki. 2011-17-ci illərdə Cənubi Karolinanın qubernatoru da olub. Amma göründüyü kimi, Tramp burada da onu üstələyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Tramp həm də hazırkı prezident Cozef Bayden üzərində də üstünlüyünü saxlayır.

Qeyd etdiyimiz kimi, Respublikaçılar cəbhəsində Nikki Heylinin vətəni Cənubi Karolina ştatından edilən yeni sorğu Donald Trampın Heyli üzərində 26 faiz bənd üstün olduğunu göstərib.

Maraqlıdır ki, ilk iki əyalət praymerizində uduzduqdan sonra, Heyli Cənubi Karolinadan sonra Nyu-Hempşir ştatında daha yaxşı nəticə göstərəcəyini söyləmişdi. Lakin bu sorğu bir daha göstərib ki, bunu etmək üçün o hələ də çox çalışmalı olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə