Ukrayna Rusiya ərazisindəki hədəflərə hücumları gücləndirir…

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun donorunu, iri neft emalı zavodlarını vururlar…
Ukrayna Rusiya ərazisindəki hədəflərə hücumları gücləndirir…

Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı iri neft emalı zavodlarına endirdiyi zərbələr Rusiya Federasiyası ordusunun imkanlarına böyük təsir göstərir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyir.

Onun sözlərinə görə, bir tərəfdən Ukrayna Rusiya büdcəsinin donoruna - neft məhsullarının ixrac komponentinə zərbə vurur ki, bu da Ukraynaya qarşı müharibənin təmin edilməsinə yönəlib.

…Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri bununla da döyüş bölgəsində rus qoşunlarının yanacaq və sürtkü materialları ilə təmin olunmasının qarşısını alır,

…Bu müəssisələr ya bir müddətlik fəaliyyətini dayandırır, ya da bir neçə həftə ərzində tamamilə dayanır. Bu da Rusiya ordusunun təchizatına təsir edir. Bu, işğalçıların imkanlarına böyük təsir göstərir.

Kovalenko deyir bunu.

..Xatırladaq ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov, Ukraynanın Rusiya ərazisindəki hərbi hədəfləri vurmaq üçün hər ay daha çox silah istehsal etdiyini bildirib.

Danilov, bu günkü belə yürüşlərin onları mütləq qələbəyə aparacağına əminlik bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə