Bu arada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya prezidenti Putinin Ukrayna Silahlı Qüvvələrinin hücumlarının qarşısını almaq üçün Ukrayna ərazisində “demilitarizasiya zonası” yaratmaq istədiyi barədə bəyanatını şərh edib.
...“Hərbisizləşdirilmiş zona” mütləq Ukrayna ilə Rusiya arasında müharibədən sonra təşkil olunacaq. Özü də işğalçı ölkənin ərazisində yerləşəcək. Bu məsələdə paritet qorunmalı, demilitarizasiya Rusiya ərazilərinə də şamil edilməlidir.
Məsələ bundadır ki, son günlər Putin bu məsələni qaldırmağa ona görə başlayıb ki, çünki Ukrayna qoşunları Rusiya ərazisindəki infrastruktur obyektlərinə daha çox zərbələr endirməyə başlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bunu isə ötən gün, fevralın 3-də “FREEDOM” telekanalında tanınmış ukraynalı politoloq Vladimir Fesenko danışıb.
…Gec və ya tez müharibəyə son qoymaq üçün danışıqlar aparıldıqda, hərbi əməliyyatlar, təhlükəsizlik mövzusu, hərbi əməliyyatların dayandırılması, o cümlədən Rusiya və Ukrayna ərazilərinin atəşə tutulması müzakirə olunacaq.
Burada Rusiya ərazisinin atəşə tutulması məsələsini də nəzərə almalıyıq. Putin niyə bu qədər çaşqındır? Çünki Ukrayna qoşunları getdikcə və daha tez-tez Rusiya ərazisinə genişmiqyaslı hücumlar həyata keçirir. Ona görə də Putin bu mövzunu gündəmə gətirməyə məcburdur.
Fesenkoya görə, Putin “ərazilərin demilitarizasiyası” mövzusunu təbliğ etməyə davam edəcək, ona görə də ukraynalı siyasətçilər qəti, prinsipial cavab verməli və onlara xatırlatmalıdırlar ki, bu cür təşəbbüsləri irəli sürərkən pariteti qorumaq lazımdır.
…Sərhədlərdə təhlükəsizliyin təmin edilməsi mövzusu adətən danışıqlar zamanı qaldırılır. Putin hətta 2022-ci ilin martında İstanbulda danışıqlar gedəndə də silahsızlaşdırılmış zonalar mövzusunu qaldırmışdı. Putinin bunu bəyan etməsi o deməkdir ki, Rusiya gələcəkdə bu mövzunu qaldıracaq, Putin də bunu təbliğ edəcək. Ona görə də onu öz yerinə qoymaq lazımdır.
Qeyd etdiyimiz kimi, bu fikirlər Fesenko bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB