İordaniya öz hava qüvvələrinin İraqa hücumlarda iştirakını inkar edib
İordaniya hərbi təyyarələri İraqdakı hava hücumlarında iştirak etməyib.
SİA xəbər verir ki, bu barədə Petra agentliyi İordaniya Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
“İordaniya təyyarələrinin ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyatlarda iştirakı ilə bağlı KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil. İordaniya Silahlı Qüvvələri qardaş İraqın müstəqilliyinə hörmətlə yanaşır”, - mənbə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB