Müdafiə naziri özündən 20 yaş kiçik qadınla gizli toy edib..?

Müdafiə naziri özündən 20 yaş kiçik qadınla gizli toy edib..?

Almaniyanın müdafiə naziri Boris Pistorius 63 yaşında yenidən nikah bağlayıb. “Bild” qəzeti xəbər verir ki, alman siyasətçinin toyu məxfi olub və Yeni ildən bir müddət əvvəl baş tutub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Pistoriusun seçdiyi şəxs 2023-cü ilin əvvəlində görüşməyə başladığı 43 yaşlı Julia Şvanxolzdur.

Almaniya Müdafiə Nazirliyinin rəhbərinin yeni həyat yoldaşı haqqında onun Duysburq-Essen Universitetinin politoloqu olduğu məlum olub.

Q”eyd edək ki, Almaniyanın hərbi idarəsi toy barədə məlumatı jurnalistlərə təsdiqləyib.

Qəzetin köşə yazarı Florian Kainin fikrincə, Pistorius hazırda Almaniyada ən populyar siyasətçidir.

Bundan əvvəl Pistorius Almaniyanın keçmiş kansleri Gerhard Şröderin keçmiş həyat yoldaşı ilə münasibətdə olub. Siyasətçinin birinci həyat yoldaşı 2015-ci ildə xərçəngdən vəfat edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə