“Macarıstan Ukraynanı silahla təmin etməyəcək”

“Macarıstan Ukraynanı silahla təmin etməyəcək”

"Macarıstan, digər Avropa İttifaqı ölkələrindən fərqli olaraq, hələ də Ukraynanı silahla təmin etməyəcək, lakin oradakı qeyri-öldürücü hərbi texnikanın tədarükü üçün pul ödəməyə hazırdır”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.

O xatırladıb ki, Avropa Komissiyası 2024-cü ildə Aİ ölkələrinə Ukraynaya silah tədarükünə görə kompensasiya ödəmək üçün Avropa Sülh Fondunun büdcəsini 5 milyard avro artırılmasını təklif edib:

“Biz bu işdə iştirak etmək istəmirik. Mən bunu bu gün həmkarlarıma açıqladım. Lakin Macarıstan digər Aİ ölkələrinin addımlarına mane olmayacaq və konstruktiv bitərəf mövqe tutacaq. Bu o deməkdir ki, Budapeşt Ukraynaya öldürücü silahların tədarükü üçün Avropa Sülh Fonduna töhfə verməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com