İran ABŞ-ın Suriya və İraqa zərbələrini təhlükəli avantüra adlandırıb

İran ABŞ-ın Suriya və İraqa zərbələrini təhlükəli avantüra adlandırıb

İran Xarici İşlər Nazirliyi bu gün bildirib ki, ABŞ-ın Suriya və İraqa gecə zərbəsi Yaxın Şərqdə müharibə alovunu qızışdırmağa yönəlmiş növbəti macəradır.

İran Xarici İşlər Nazirliyi Amerika təyyarələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq və Suriyadakı 85 məntəqəsinə hücumunu qətiyyətlə pisləyib və bu hərəkəti Vaşinqtonun strateji səhvi adlandırıb.

İran rəsmilərinin iddiasına görə, bu Yaxın Şərqdə gərginlikdən başqa bir şeyə gətirib çıxarmayacaq.

Qeyd edək ki, Birləşmiş Ştatlar bu hücumu öldürülən 3 ABŞ əsgərinə cavab adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, BMT-nin baş katibi Antonio Quterres də ABŞ-ın Suriya və İraqa zərbələri ilə bağlı narahatlığını ifadə edib.

O, bütün tərəfləri gərginliyi azaltmaq üçün konkret tədbirlər görməyə və onsuz da kövrək olan regionda daha genişmiqyaslı münaqişənin iqtisadi və insani xərclərini nəzərə almağa çağırır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə