Alper Gezeravcının Yer kürəsinə qayıdışı təxirə salınıb

Alper Gezeravcının Yer kürəsinə qayıdışı təxirə salınıb

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu "Dragon" Kosmik gəmisi və Axiom-3 (Ax-3) komandasının Yer kürəsinə qayıdışı təxirə salınıb.

SİA-nın rtürk saytlarından əldə etdiyi məlumata görə, bu barədə "SpaceX"in rəsmi "X" sosial media hesabında edilən paylaşımda bildirilib.

Paylaşımda "Dragon" və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl Beynəlxalq Kosmik Stansiyanı tərk etməyəcəkləri bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə