Qırğızıstan Bişkek Mərkəzi İstilik Elektrik Stansiyasında baş verən yanğında ağır yaralananların müalicəsi üçün Türkiyədən kömək istəyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyindən verilən bəyanatda bildirilib.
Bəyanata görə, səhiyyə naziri Alimkadır Beyşənəliyev prezident Sadır Çaparovun göstərişi ilə Türk həmkarı ilə əlaqə saxlayıb.
Bəyanatda bu ifadələrə yer verilib: "Türkiyənin yanıq üzrə tanınmış mütəxəssislərindən biri olan professor Koray Daş ilə onlayn qaydada konsultasiya keçiriləcək və yaralıların müalicə üsulları müzakirə ediləcək''.
Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdəki Mərkəzi İstilik Elektrik Stansiyasında baş verən yanğında 2-si ağır olmaqla 5 nəfər xəsarət alıb.
Səhiyyə nazirinin müavini Mederbek İsmayılov keçirdiyi mətbuat konfransında bildirib ki, ağır xəsarət alanların qolları və üzlərində ciddi yanıqlar var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB