Fransalı siyasətçi və Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukraynaya əlavə maliyyə yardımının ayrılmasını tənqid edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Avropa İttifaqının Kiyevə 50 milyard avro ayırmaq qərarından sonra o, Fransa hakimiyyətini Avropa İttifaqı və NATO-dan tez bir zamanda çıxmaq üçün tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl Filippo Fransa kənd təsərrüfatını xilas etmək üçün Avropa İttifaqını məhv etməyə çağırmışdı.
Bundan əlavə, o, Ukraynanın “dərin korrupsiyaya uğramış” olmasına baxmayaraq, Ukraynaya davam edən yardımdan narazılığını ifadə edib.
Yada salaq ki, Avropa İttifaqı sammiti çərçivəsində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı təsdiq edilib.
Macarıstanın baş naziri Viktor Orban izah edib ki, Kiyevə yeni makromaliyyə dəstəyi paketi Ukrayna Silahlı Qüvvələri üçün silah almaq üçün deyil, ölkə iqtisadiyyatına kömək etmək üçün istifadə olunacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB