Kubanda "Qrupenfürrer Heinrix Müller” profilinə qadağa..?

Kubanda "Qrupenfürrer Heinrix Müller” profilinə qadağa..?

Krasnodarın Sovetcki və Gelendcik şəhər məhkəməsi, Rusiya ərazisində Üçüncü Reyxin yüksək rütbəli liderləri adından yaradılan “Vkontakte” və “Odnoklassniki”dəki səhifələrin qadağan edildiyini bildiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, həmi səhifələr fürer Adolf Hitler, təbliğat naziri Cozef Qebbels, reyxsfürer SS Heinrix Himmler və gizli polisin rəisi Heinrix Müllerin adına yaradılıb.

Krasnodarın Karasun rayonunun prokuroru “Vkontakte” sosial şəbəkəsində "Qrupenfürrer Heinrix Müller” profilinin qadağan edilməsi və bloklanması üçün məhkəməyə müraciət edib.

Buna səbəb nasist Almaniyasının ən məşhur funksionerlərindən birinin orada yerləşdirilən fotoları, o cümlədən Rusiyada qadağan olunmuş svastikaların təsvirləri olub. Qeyd edək ki, Krasnodar Sovet məhkəməsi iddianı təmin edib.

Gelendcik prokuroru Hitler, Goebbels və Himmlerin səhifələrinə qarşı oxşar iddialar qaldırıb.

Yeri gəlmişkən, Rusiya qanunvericiliyinə uyğun olaraq, nasist atributlarının və simvollarının nümayişi nasizmin ideologiyasına mənfi münasibət yaradırsa və buna heç bir əsaslandırma əlamətləri yoxdursa, bu halda cinayət sayılmır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə