Litva Çini diplomatik zorakılıqda ittiham edir

Litva Çini diplomatik zorakılıqda ittiham edir

...Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqisə görə, Çin hakimiyyəti Litvaya o qədər güclü təzyiq göstərir ki, bunu “diplomatik zorakılıq” da hesab etmək olar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Agentliyin məlumatına görə, nazir Avropa İttifaqının Xarici İşlər Nazirlikləri rəhbərlərinin görüşü çərçivəsində Çinlə qarşılıqlı fəaliyyətdə problemlər barədə məlumat verib. ...Təəssüf ki, bizim “diplomatik zorakılıq” adlandırdığımız Vilnüs və Pekin arasındakı münasibətlərdə başqa bir cəbhə açılıb

Litvalı diplomat deyib bunu.

O, Litvanın Çinlə danışıqlar apara bilmədiyindən və ya müəyyən məsələləri həll edə bilmədiklərindən şikayətlənib.

Landsberqisın dediyinə görə, çünki Çin birtərəfli qaydada respublika ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb, hər iki istiqamətdə gediş-gəliş imkanlarını və bütün diplomatik əməliyyatları məhdudlaşdırıb.

Qeyd edək ki, Litva ilə Çin arasında münasibətlər Tayvanın Vilnüsdə nümayəndəliyinin açılmasından sonra kəskin şəkildə pisləşib. Çin hakimiyyəti səfiri geri çağırıb və Litva tərəfini də oxşar addımlar atmağa dəvət edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə